Təzyiq və Sızma Sınağı

Pressure Testing

Təzyiq sınaqları təzyiq sistemlərinin təhlükəsizliyini, etibarlılığını və sızmaya davamlılığını təmin etmək üçün aparılır. Təzyiq sınağının yeni sistem və ya avadanlıq və yaxud təmir və ya dəyişiklikdən sonra mövcud sistem üçün tələb olunub-olunmamasından asılı olmayaraq, istifadədən əvvəl, “Spektr Group” müxtəlif sənaye sahələri üçün həm səyyar, həm də öz bazasında hidrostatik və pnevmatik sınaqları apara bilər.

“Spektr Group” təhlükəsiz və səmərəli şəkildə 40 min psi-yə qədər hidrostatik sınaqları və 15 min psiq-ə qədər pnevmatik sınaqları aparmaq imkanına malikdir. Bizim analoqu olmayan sınaq kabinəmiz 4 ədəd yüksək həlli kamera ilə təchiz olunub, buna görə də biz istənilən müddət ərzində sınaqların qeydini davam etdirə bilərik. Sınaqları məsafədən izləmək üçün Müştəriyə kameralara onlayn çıxış imkanı yaradıla bilər. Ölçüləri 7m x 4m x 3m olan, sökülə bilən tavana malik sınaq kabinəsinin xüsusi dizaynı daha böyük avadanlıqları təhlükəsiz və etibarlı mühitdə sınaqdan keçirməyə imkan verir.

high pressure test bay

Sızma sınaqları mayeləri və ya qazları saxlamaq və ya hərəkət etdirmək üçün istifadə olunan sistemlər və ya avadanlıqlarda aparılır. Sızma sınağı, yoxlayıcıların systemin və ya avadanlığın müəyyən sızma həddi daxilində işlədiyini müəyyən etmək üçün istifadə etdikləri prosedurdur. Azot və helium kimi təmizlik sertifikatına malik qazlar sistemlərin və ya avadanlıqların sızmasının yoxlanılması üçün istifadə olunur. Bu cür sınaqlar həm Müştərilərin sahələrində, həm də xüsusi olaraq təyin edilmiş sınaq sahəsində bazamızda aparıla bilər.

Avadanlığın özü, alətlər, diaqramlar, rəqəmsal qeyd cihazları və s. kimi düzgün saxlanılan və sertifikatlaşdırılmış təzyiq və sızma sınağı avadanlığının tam dəsti Müştərinin sahələrinə mobilizasiya edilmək, həmçinin “Spektr Group” bazasında sınaqlar aparmaq üçün mövcuddur.

Sınaqlar ASME, ASTM, ISO və müştərinin və ya layihənin xüsusi standartlarına uyğun qaydada aparılır və sınağın sonunda hərtərəfli qeydlər və sənədlərlə təmin edilir.

Təzyiq və sızma sınağı xidmətlərimizə daxildir:
• Hidrostatik və pnevmatik təzyiq sınağı
• Vakuum sınağı
• Azot /helium sızma sınağı
• Hava üfürülməsi
• Azotnan təmizləmə

Daha çox işlərimizi görmək üçün LinkedIn hesabımıza keçid edə bilərsiniz.

Our Equipment Rental Products

Son işlərimiz