Sənaye Satınalma Xidmətləri

3

Neft və qaz sənayesində həqiqi satınalma bugünkü rəqabətli bazarda vacib xidmətə çevrilmişdir. Şöbələr tərəfindən qəbul edilən bir çox qərarlar satınalma ilə bağlıdır, bu da qərarın icrasının ümumi dəyərinə təsir göstərə bilər. “Spektr Group“ bütün Xəzər regionunda neft və qaz sənayesi üçün ixtisaslaşdırılmış avadanlıq və materialların satın alınması və təchizatı üzrə ağlabatan və tutarlı həllər təqdim edir.

Vəzifəmiz, neft və qazın kəşfiyyatı, emalı və tədarükü ilə bağlı ən sərfəli variantı tapmaqdan, danışıqlar aparmaqdan və bütün istehsal olunan malları təmin etməkdən ibarətdir. Müştərilərimiz bizdən müstəsna xidmət səviyyəsi gözləyirlər və biz onların xüsusi tələblərinə cavab vermək üçün etibarlı, dürüst, əzmli və vicdanlı şəkildə xidmət göstərməklə bu gözləntiləri yerinə yetiririk.

1

Neft və qaz sənayesində onillik təcrübəyə malik olan “Spektr Group” Avropa, ABŞ, Yaxın Şərq, Hindistan və Çin üzrə tanınmış istehsalçılar, iri zavod və təchizatçılarla əlaqələrə malikdir və avadanlıqları müvafiq spesifikasiyaya uyğun şəkildə, vaxtında və büdcə daxilində təmin edə bilir. İlk növbədə Xəzər regionunda yerləşən neft və qaz şirkətləri ilə işləməklə biz kəşfiyyat, qazma, dəniz xidmətləri, hasilat və neft məhsulları sahələrində istifadə olunan bütün avadanlıq və materialları satın ala və tədarük edə bilərik.

Satınalma xidmətlərimizə aşağıdakıların təchizatı daxildir:

  • Klapanlar və idarəetmə mexanizmləri
  • Müxtəlif növ nasos və çənlər
  • Boru fitinqləri, flanslar və boltlar
  • YT şlanqları və mayelərin idarə edilməsi aksessuarları
  • Sənaye ilə bağlı bir çox digər məhsullar və materiallar