Kalibrasiya və Klapan xidmətləri

The employee does the calibration

Klapan, borudan keçən mayenin miqdarını dəyişdirmək üçün onu qismən və ya tamamilə bloklayan mexaniki qurğudur. Klapanlar hər hansı boru sisteminin vacib hissəsidir, bu o deməkdir ki, onlar neft və qaz sənayesində əsas rol oynayırlar. Onlar bir çox sənaye sahələrində kritik komponentlərdən biridir və buna görə də onların satin alınması, saxlanması, təmiri, kalibrlənməsi və sınaqdan keçirilməsində xüsusi diqqət tələb olunur.

“Spektr Group” klapanlara düzgün xidmət göstərərək və onları təmir etməklə onlara xərclənən kapital xərclərini azaldılmasında Müştərilərinə dəstək olur. Xüsusi dizayn edilmiş texniki xidmət və sınaq qurğusuna malik emalatxanamız 360o görünüşlü HD kameralarla təchiz olunub və Müştərilərə onlayn izləmək imkanı verilə bilər. Bizim stasionar və mobil kalibrləmə və təmir laboratoriyalarımız beynəlxalq standartlara uyğundur və səyyar kalibrləmə və sınaq xidmətləri üçün dənizə, o cümlədən Müştərilərin obyektlərinə mobilizasiya oluna bilərlər.

PRV

20 ildən artıq praktik təcrübəyə malik tam sertifikatlı işçi heyəti məsləhətdən tutmuş tam sökmə və əsaslı təmirə qədər klapan xidmətlərini yerinə yetirməyə hazırdır. “Spektr Group”-un texniki ekspertləri ilə sıx əməkdaşlıq etməklə Müştərilərimiz kritik sistemlərdəki bütün klapanların tam işlək vəziyyətdə olmasını və sistemin təhlükəsiz və səmərəli şəkildə işləməsini təmin edə bilərlər.

Klapan xidmətlərimizə aşağıdakılar daxildir:

  • PSV/PRV təmiri, kalibrləmə və sınaq
  • Qapadıcı, sferik, iynəli, drossel, membran, konusvari, əks, təzyiq tənzimləyici və iti uclu qapadıcı klapanlar kimi klapanların təmiri və əsaslı təmiri.
  • Bütün növ klapanların sınaqdan keçirilməsi və yenidə sertifikatlaşdırılması
  • UT-dən istifadə etməklə işləyən xətlərdə klapanların bütövlüyü sınağı

Həmçinin nəzarət ölçü çihazlarının kalibrasiyasına daxildir:

  • Pressure Gauge Calibartion
  • Temperature Gauge Calibartion
  • Pressure Chart Recorder Calibartion
  • Temperature Chart Recorder Calibartion
  • Pressure Transducer Calibartion
  • Pressure Transmitter Calibartion

Daha çox işlərimizi görmək üçün LinkedIn hesabımıza keçid edə bilərsiniz.

Son işlərimiz