Avadanlıq İcarəsi

5

Avadanlıqların etibarlılığının və yüksək səviyyəli əməliyyat təhlükəsizliyi göstəricilərinin Müştərilərimizin uğuru üçün mühüm əhəmiyyət kəsb etdiyini dərk edərək, “Spektr Group” Azərbaycanda və daha geniş Xəzər regionunda müxtəlif sənaye sahələri üçün səmərəli, innovativ və sərfəli avadanlıq icarəsi həlləri təqdim edir. Davamlı sərmayə yatırılması, ehtiyatlı yükləyib-boşaltma və saxlama, habelə vaxtında texniki xidmət və sertifikatlaşdırma vasitəsilə Müştərilərimiz PUWER, ATEX, HAVS və digər müvafiq qaydalara tam uyğun gələn yüksək keyfiyyətli avadanlığa çıxış əldə edə bilərlər.

“Spektr Group” texniki ekspertləri Müştərilərin mürəkkəb tələblərini yerinə yetirmək və problemlərini başa düşmək üçün inteqrasiya olunmuş həllin təmin edilməsi məqsədi ilə Müştərilərlə sıx əməkdaşlıq edilər. Məqsədimiz Müştəriləri etibarlı, təhlükəsiz və səmərəli avadanlıqla təmin etməkdir ki, onlar öz ehtiyaclarını yerinə yetirə və əməliyyatları sərfəli və səmərəli şəkildə başa çatdıra bilsinlər.

APC_0032

“Spektr Group”, tam texniki parka ciddi nəzarəti təmin edən və avadanlığımızı sürətli, çevik və sərfəli şəkildə Müştərilərə təklif etməyə kömək edən şirkətdaxili işlənib hazırlanmış MyAssets CMMS-dən istifadə edir. Təklif olunan bütün avadanlıqlar bazamızda rəsmi olaraq qeydə alınmış mobilizasiya prosesindən keçir və birbaşa istifadə olunması üçün tam sınaqdan keçmiş və əvvəlcədən kalibrlənmiş vəziyyətdə Müştəriyə göndərilir. Müştərilərin istəkləri əsasında “Spektr Group” təchiz etdiyimiz avadanlıqlar üçün sertifikatlı və təcrübəli operatorlar təmin edə bilər.

Bizim avadanlığın icarəsi xidmətlərimiz Zon II və təhlükəsiz sahə üzrə icarə avadanlıqlarının geniş çeşidini təklif edir:

  • Hava və gücləndirici kompressorlar
  • PRV/PSV, qeydiyyat cihazları, rəqəmsal ölçü cihazları
  • Buxar istilik dəyişdiriciləri
  • Maye azot çənləri və azot nasosları
  • Kimyəvi təmizləmə və yağı ilə yuma avadanlıqları
  • Daşınan sızma detektorları
  • Hava quruducuları, kondensasiya nöqtəsi indikatorları
  • Boru maye nasosları və boru təzyiq nasosları
  • Boltlama avadanlıqları
  • Boru kəməri üçün boroskop və video kamera yoxlamaları

Our Equipment Rental Products