Boltlu birləşmələrin nəzarətli metod ilə sıxılması

Bolt Birləşmələrin Bütövlüyü

hydraulic torque wrench

“Spektr Group”, bolt birləşmələrin nəzarətli metod ilə sıxışdırılması və boşaldılması üçün etibarlı və təhlükəsiz həlləri təmin etməklə geniş çeşiddə avadanlıq və işçi qüvvəsindən istifadə edərək sənaye sahələrinə birləşmələrin bütövlüyü xidmətləri göstərir. Geniş sahə təcrübəsinə malik mühəndislərimiz istənilən mürəkkəb birləşmələr üçün praktik həllər təklif edirlər.

Biz müxtəlif bolt və flanslı dəzgah avadanlığı istehsalçıları ilə əməkdaşlıq etmişik ki, bu da bizə sənayedə ən qabaqcıl texnologiya və ən keyfiyyətli materiallara istifadə etməyə imkanı verir. “Spektr Group” müştərilərimizə göstərilən xidmətlərin keyfiyyətinə görə cavabdehlik daşımaqla, bütün mürəkkəb birləşmə bütövlüyü tətbiqlərini tam bir mənbədən idarə etmək üçün ən yaxşı həlləri təqdim etməyə çalışır.

Bolted joint integrity warehouse

Qurğunun ölçüsündən və növündən asılı olmayaraq, birləşmə bütövlüyü amili qurğunun ümumi təhlükəsizliyi və funksionallığı üçün olduqca vacibdir. Flans sızması baha başa gəlir və “Spektr Group” tərəfindən göstərilə biləcək diqqətli və ehtiyatlı davranışı tələb edir. Birləşmə bütövlüyünün təmin edilməsi üçün qabaqcıl üsulları müəyyən edərkən “Spektr Group” Müştəri tələblərini nəzərə alır. Universal həll yoxdur. Xidmətlərimiz xüsusi tələblərə uyğunlaşdırılır və TƏHLÜKƏSİZ, FUNKSİONAL, ETİBARLI və SƏMƏRƏLİ icraya böyük diqqət yetirilməklə həyata keçirilir.

İşçi heyətimizin səriştəlilik səviyyəsi beynəlxalq səviyyədə tanınmış standartlara uyğundur.

Geniş təcrübəyə malik bolt texniklərimiz beynəlxalq səviyyədə tanınmış “ECITB” standartına uyğun olaraq təlimatlandırılır və qiymətləndirilir. Beləliklə, flans bütövlüyü probleminiz nə olursa olsun, biz yəqin ki, əvvəllər bunu həll etmişik.

Our bolting services include:
• Boltlu birləşmələrin sıxışdırılması, dartılması və gərilməsi
• Flansların idarə edilməsi
• Sahədə flansların hazırlanması
• Birləşmələrin yoxlanılması və təhlili
• Flansın bütövlüyü üzrə təlim proqramları

Daha çox işlərimizi görmək üçün LinkedIn hesabımıza keçid edə bilərsiniz.

Our Equipment Rental Products

Son işlərimiz