Haqqımızda

“Spektr Group” 2014-cü ildə təsis edilmiş özəl Azərbaycan milli şirkətidir. Şirkət, regionda genişlənmək məqsədli əsaslı plana malik olmaqla, öz diqqətini əməliyyatların əsas sahəsi kimi Azərbaycan bazarına yönəltmişdir.

Biz 8 xidmət xətti vasitəsilə Müştərilərimizə ardıcıl və dinamik xidmətlər təklif edirik: Bolt birləşmələrin bütövlüyü; Təzyiq və sızma sınağı; Hidravlik xidmətləri; Mexaniki avadanlıqların yoxlama, texniki qulluq, təmiri və əsaslı təmiri; Avadanlığın icarəyə verilməsi; Klapanlar, kalibrləmə və sınaq xidmətləri; İşçi qüvvəsi təminatı; Sənayə satınalma xidmətləri

Son on il ərzində biz əməliyyatlarımızda əsas prioritet olaraq peşəkar xidmətlərimizin keyfiyyətinə və təhlükəsizliyinə xüsusi diqqət yetirərək, Müştərilərimizə texniki problemlərinin həllində dəstək oluruq.

0 +
Birlikdə ildən artıq təcrübə

Peşəkar xidmətlər

Biz 8 xidmət xətti vasitəsilə Müştərilərimizə ardıcıl və dinamik xidmətlər təklif edirik:

Karyera

Potensialınızı açın. Komandamıza qoşulun. Karyera imkanları sizi gözləyir.

Şirkətimizdə işlənib hazırlanmış MyAssets sistemimiz tərəfdaşlarımıza avadanlıqlarını işlək vəziyyətdə saxlamaqda, lüzumsuz xərclərə qənaət etməkdə, gəlirləri artırmaqda və ən əsası, mükəmməl icra və göstərilən xidmət qeydləri vasitəsilə aktivlərini qoruyub saxlamaqda kömək edəcək analoqu olmayan alətdir.

Numerous projects

Mütəxəssislərimizin texniki təcrübəsi və müştəri-yönümlü biznes yanaşması sayəsində biz Müştərilərimizlə hazırda çoxsaylı layihələrin təhlükəsiz və vaxtında tamamlanmasını dəstəkləyən, eləcə də effektiv və keyfiyyətli əməliyyatları gücləndirən möhkəm və uzunmüddətli əlaqələr qurmuşuq.

Professional team

Şirkət birlikdə 60 ildən artıq təcrübəyə malik neft və qaz sənayesi peşəkarlarından ibarət təcrübəli komanda tərəfindən idarə olunur. Ümumi biznes yanaşmamız, ağıllı planlaşdırma və gördüyümüz hər işdə həqiqi səriştələrin tətbiqi vasitəsilə, əməliyyat səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına yönəlmişdir.

İstənilən vaxt hazırıq

24/7 Təcili Yardım Xidmətləri Üçün Yanınızdayıq