You are currently viewing Spektr Group ECITB Approved Trainig Provider

Spektr Group ECITB Approved Trainig Provider

Spektr Group 100% yerli şirkət olaraq, artıq üçüncü ildir ki, MJİ (Mechanical Joint Integrity) kurslarının keçirilməsi üçün ECITB akkreditasiyasına sahibdir.

ECITB boltlama kursları sənaye və mühəndislik sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün nəzərdə tutulub.
• ECITB sertifikatı beynəlxalq səviyyədə tanınır və mühəndislik, neft-qaz, tikinti və sənaye sahələrində çalışanlar üçün etibarlı və nüfuzlu sənəd hesab olunur.
• Boltlama prosesi düzgün aparılmadıqda qəzalara və təhlükəsizlik risklərinə səbəb ola bilər. Kurs iştirakçıları düzgün metodları öyrənərək iş yerində təhlükəsizliyi artırmaq imkanı əldə edirlər.
• Kurs zamanı iştirakçılar flanş birləşmələrinin quraşdırılması, komponentlərin yoxlanılması və boltların nəzarətli üsulla sıxılmasını öyrənirlər ki, bu da onların iş keyfiyyətini artırır.
• Təlimlər beynəlxalq mühəndislik və sənaye standartlarına əsaslanır.
• Kurslar yalnız nəzəri deyil, həm də praktiki dərsləri əhatə edir.

Əgər siz də boltlama üzrə mütəxəssis olmaq istəyirsinizsə, MJİ kurslarına qatılın və bu sahədəki bilik və bacarıqlarınızı daha da inkişaf etdirin!