KSƏTƏM Öhdəliyi

Təhlükəsizlik bizim prioritetimiz, keyfiyyət bizim diqqət mərkəzimizdə olan vəzifədir.

Spektr Group əməkdaşlarımızın, müştərilərimizin və podratçılarımızın sağlamlığını və təhlükəsizliyini qorumaq üçün ciddi öhdəlik daşıyır.

SƏTƏM öhdəliyi

“Spektr Group” üçün insanlarımızın və Müştərilərimizin sağlamlığı və təhlükəsizliyi prioritet məsələdir. İnsanlara sıfır zərər məqsədimiz, iş mühitimizin davamlı olaraq yaxşılaşdırılmasına, işçi heyətimizin səriştəsinin artırılmasına və əməliyyatlarımızın təkmilləşdirilməsinə kömək edir.

Bu cür yanaşmaya sadiqlik, işçi heyətimizin təhlükəsizliyə önəm verməklə çalışmasını, hər bir əməliyyat zamanı risklərin qiymətləndirməsini və ətrafdakı hər kəsə diqqət yetirməsini təmin edir. Bu cür təhlükəsizlik mədəniyyəti şirkətimizə, son onillikdə nə işçi heyətimizə, nə də ətrafımızda çalışan hər hansı şəxsə qeydə alına bilən xəsarət və ya insident olmadan fəaliyyət göstərmək imkan vermişdir.


Ətraf mühitə sıfır zərərlə bağlı eyni öhdəlik bütün əməliyyatlarımıza tətbiq edilir. Biz planetimizi sevir və ona hörmət edirik və əməliyyatlarımızı planlaşdırarkən ona heç bir zərər verməmək barədə düşünürük. Biz, planetimizin müvəqqəti olaraq bizə əmanət edildiyinə və onu gələcək nəsillər üçün qoruyub saxlamalı olduğumuza qəti şəkildə inanırıq.

Keyfiyyət öhdəliyi

“Spektr Group” olaraq biz ağıllı, etibarlı və vaxtında yerinə yetirilən xidmətlər vasitəsilə Müştərilərin xidmətlərə olan gözləntilərini doğrultmağa və onları üstələməyə çalışırıq. Güclü müştəri-yönümlü biznes yanaşmamız, müştərilərimizi ən yaxşı həllərlə təmin etməyimiz üçün innovasiyalara, avadanlıqlara və işçilərimizə sərmayə yatırmağımıza kömək edir.

Müştərilərin xidmətlərimizdən tam məmnunluğunu təmin etmək üçün texniki ekspertlərimiz sadə, sürətli və olduqca aydın, etibarlı və yüksək keyfiyyətli həllər təqdim etməyə çalışırlar. ISO 9001:2015 keyfiyyətin idarə edilməsi sistemimiz bütün xidmət xətlərimizi əhatə edir və göstərilən xidmətlərin keyfiyyətini davamlı olaraq artırmağımıza kömək edir. Biz sadəcə, gördüyümüz hər işimizin keyfiyyətinə cavabdehlik daşıyırıq.

Keyfiyyət öhdəliyi

KSƏTƏM siyasəti

“Spektr Group”, biznes fəaliyyətini idarə etməyin ən yaxşı yolunun, əsas diqqəti bütün sahələrdə davamlı təkmilləşdirmələrə nail olmağa yönəltməklə kompleks keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sisteminin tətbiqi olduğuna qəti şəkildə inanır. “Spektr Group” bütün qüvvədə olan qanunlara, qaydalara, standartlara və digər müvafiq tələblərə əməl etməyi öhdəsinə götürür.

Spektr Group sağlam iş mühitini təşviq etmək üçün bütün işçilərin və subpodratçıların fəal iştirakını təmin edən müsbət SƏTƏM mədəniyyətini təşviq edəcək. Biz ətraf mühitin mühafizəsi vəzifəsini nəzərə alaraq, qəzaların, xəsarət hallarının və peşə xəstəliklərinin qarşısını almaq məqsədi ilə bütün SƏTƏM risklərini idarə etməyə çalışacağıq.

“Spektr Group” müştərilərimizin gözləntilərinə cavab verən geniş və keyfiyyətli xidmətlər təqdim etməklə, müştəri məmnuniyyətini təmin etməyə çalışır.

Məqsədlərimiz:

Quality, HSE, Security, IP and Ethics

Work to promote a strong culture within Quality, HSE, Security, IP and
Ethics, and a healthy work environment

Continuous improvement process

Encourage employees to proactively contribute to the continuous improvement process

Value to the Customers

Ensure we provide value to our customers through professional technical solutions and reliable service and deliveries.