Mexaniki Avadanlıqların Yoxlama, Texniki Qulluq, Təmiri Və Əsaslı Təmiri

Refurbishment of Nitrogen Tank

“Spektr Group” peşəkarlar komandası bizə yüksək səviyyəli texniki və icra xidmətinə zəmanət verməklə, müştəri ehtiyaclarına uyğun qaydada müdaxilə vaxtlarını optimallaşdırmaqla Müştərilərimizin fırlanan və static avadanlıqlarına istismar müddəti ərzində hərtərəfli xidmət göstərməyə imkan verir. Müntəzəm yoxlamalardan qəza təmirinə qədər daimi yanaşmamız istehsal və qurğunun boşdayanma müddəti ilə yanaşı nasazlıqların minimuma endirilməsini təmin edir.

Bakıdakı xüsusi servis mərkəzimiz nasoslar, mühərriklər, qarışdırıcılar, yük qaldırma avadanlıqları, kompressorlar, hidrolik sistemlər və buxar turbinləri, istilik dəyişdiriciləri və klapanlar, təzyiqli çənlər, azot nasosları, generatorlar və bir çox digər mexaniki avadanlıqlar daxil olmaqla, bütün növ fırlanan və static avadanlıqların səyyar təmiri, əsaslı təmiri və quraşdırılmasını həyata keçirmək üçün günün 24 saatı zəng qəbul etməklə mexaniki xidmətləri yerinə yetirir.

Maintenance of powerpack and hose reel

Bizim texniki xidmət və təmir xidmətimizə nasaz qurğunun sahədən kənarlaşdırılması, təmizlənməsi və problem araşdırmaq üçün sökülməsi, daha sonra görülməli olan növbəti tədbirlər barədə məsləhətlər daxildir. Biz bütün nəticələri təmirlə bağlı bütün xərcləri əks etdirən təklifə daxil edirik və tələb olunarsa, bütün qırılan hissələrin foto-qrafik qeydini də təklif edə bilərik.

“Spektr Group” Müştərilərin avadanlığının vəziyyətinin monitorinqini təklif edir ki, bu da sizə texniki xidmət cədvəlinizə nəzarət etməyə və sizə bahalı nasazlıqlara reaksiya verməkdənsə, boşdayanma vaxtlarını qabaqcadan bilməyə imkan yaradır. Şirkətimizdə işlənib hazırlanmış MyAssets sistemimiz Müştərilərimizə avadanlıqlarının cari vəziyyəti ilə yanaşı, onların texniki xidmət tələblərini yaxından izləməyə və mümkün proqnozlaşdırmağa və onların vaxtında həll olunmasına imkan yaradır.

Bizim texniki qulluq, təmir və əsaslı təmir xidmətlərimizə aşağıdakılar daxildir:

  • Mexaniki / yük qaldırma avadanlıqların yoxlanılması və diaqnostikası
  • Fırlanan / statik mexaniki avadanlıqların təmiri və əsaslı təmiri
  • Müştərinin avadanlıq parkına razılaşdırılmış qabaqlayıcı texniki xidmət planına uyğun qaydada texniki xidmət göstərmək
  • Kamera vasitəsilə yoxlamalar, system və avadanlıqların yuyulması və təmizləməsi
  • Dövri yoxlama və sertifikatlaşdırma (ATEX, QDS (NDT), yük sınağı, LOLER, funksional sınaqlar və s.)
  • IMDG, ADR, CSC tələblərinə uyğun olaraq kriogen və digər avadanlıqların tam dövri sertifikatlaşdırılması

Daha çox işlərimizi görmək üçün LinkedIn hesabımıza keçid edə bilərsiniz.