Leak sealing is critical to maintaining the integrity and productivity...
ƏtraflıSızmaların qarşısın alınması həlləri

Spektr Group və KCI: Azərbaycanın Neft və Qaz Sektorunda İnnovativ üsullar ilə Sızmaların İzolasiya Həllərini Təqdim Edir
Spektr Group, Azərbaycanın neft və qaz sektoruna innovativ yollar ilə sızmaların izolyasiya texnologiyasını gətirmək məqsədilə Şotlandiyanın Kinetics Controls & Innovation Limited (KCI) şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Bu texnologiya istehsalı dayandırmadan neft və qaz quyularının istismar müddətini uzatmaq, istehsalı artırmaq və bütövlük problemlərini həll etmək üçün nəzərdə tutulub.
Bu qabaqcıl həllər artıq Yaxın Şərqin aparıcı kəşfiyyat və hasilat şirkətlərinə təqribən 100 milyon ABŞ dolları qənaət etməyə kömək edib və regionumuzda quyu bütövlüyünün idarə olunmasına inqilabi dəyişiklik gətirəcək.
Problemin mahiyyəti: Uzun müddət istismar olunmuş yataqlarda və köhnəlmiş quyularda quyu bütövlüyünü qorumaq ciddi çətinliklər yaradır. Sərt mühit, korroziya və aqressiv quyu maddələri bu problemləri daha da ağırlaşdırır, bahalı quyu müdaxilələrinə və istehsalın dayanmasına səbəb olur.
Həll yolu: Spektr Group-un qürurla tərəfdaşı olduğu Kinetics Controls & Innovation Limited (KCI) şirkətinin innovativ sızmaların aradan qaldırılması texnologiyaları müəyyən zaman ərzində aktivləşən və sızmaların tam qarşısını alan maddədən istifadə edir. Maye halında quyulara tətbiq edilən bu maddə, sərtləşərək özünü birləşdirən möhkəm bir quruluşa çevrilir. Bu həllər statik təzyiq saxlayan baryerlər kimi çıxış edərək, quyu başlıqlarının tam bütövlüyünü təmin edir və ənənəvi metodlara (yəni quyularda istismarı saxlayaraq tətbiq olunan üsullara) etibarlı alternativ təqdim edir.
Bu niyə vacibdir?
Təhlükəsizliyin artırılması: Tez, təhlükəsiz və effektiv təmir həlli təmin edir.
Xərclərə qənaət: Bahalı qazma qurğusu tələb edən işlərə ehtiyacı aradan qaldıraraq böyük əməliyyat xərclərinə qənaət edir.
Sübut olunmuş effektivlik: 1000-dən çox uğurla tamamlanmış iş və 99% müvəffəqiyyət nisbəti ilə bu texnologiyanın etibarlılığı və effektivliyi sübut olunub.
Təklif Olunan Həllər və Məhsullar
1. Quyu Başlığı İzolyasiyaları.
Mac-Seal- İki komponentli məhsul. Müəyyən zaman ərzində aktivləşir. Sərtləşdikdə möhkəm və eyni zamanda elastik olur. Müxtəlif özlülüklərdə mövcuddur və daha soyuq iqlimlər üçün nəzərdə tutulub. (Qarışdırma və tətbiq temperaturu maksimum +30°C-yə çata bilən yerlərdə.)
MS-Sealant- İki komponentli məhsul. Müəyyən müddət ərzində aktivləşir, sərtləşdikdə möhkəm və elastik olur. Müxtəlif özlülüklərdə mövcuddur və xüsusilə isti iqlimlər üçün hazırlanmışdır. (Qarışdırma və tətbiq temperaturu maksimum +60°C-yə çata bilər.)
Təzyiq Aralığı– 15,000 psi-yə qədər yüksək təzyiqli hallarda ideal sızma izolasiya həllidir.
Temperatur Aralığı– Əməliyyat temperaturu (-54°C) ilə (+260°C) arasında dəyişir.
Tətbiq Sahələri- Quyu başlığı möhürlənməsi, Boru başlıqlarının möhürlənməsi,
Quyu başlığındakı boşluqların və izolyasiya sahələrinin doldurulması, 1 Portlu giriş tətbiqləri və s., Boruların və kəmərlərin korlanmış izolyasiyasını, kipləşdiriciləri və araqatların izolyasiyası.
2. Siyirtmə klapanı izolyasiyası
Mac-Pac- Tək komponentli məhsuldur, sərtləşməyən sızmaların qarşısını alan izolaysiya qabiliyyətli və sürtgü materialı kimi hazırlanmışdır. Yüksək özlülüyə malikdir və effektiv tətbiq üçün idealdır. Bundan əlavə, geniş temperatur diapazonunda sabit qalır, bu da onu müxtəlif mühitlər üçün uyğun edir.
Bu məhsul, xüsusilə ənənəvi sürtgü yağlarının təzyiqi saxlamaqda uğursuz olduğu hallarda, sənaye yağlarının ideal alternativi kimi istifadə edilə bilər.
Təzyiq Aralığı- Yüksək özlülüklü izolasiya qabiliyyətli və sürtgü birləşməsi, klapan boşluğu sahəsində yerləşərək əksər sızmaları təcrid edir.
Temperatur Aralığı– Əməliyyat temperaturu (-50°C) ilə (+250°C) arasında dəyişir.
Tətbiq Sahələri- Zədələnmiş klapan və siyirtnələr, Uğursuz təzyiq sınaqları, Sıradan çıxmış klapan gövdəsində sızma olduqda, təkrar izolyasiyanı təmin edir Yağla müqayisədə daha uzun müddət klapan boşluğunda qalır. Quyu tullantılarına və aşındırıcı mayelərə qarşı mühafizəni təmin edir.Yüksək temperaturlu sürtkü yağı funksiyasini təmin etməklə, klapan yağını dəyişir. “P”-seals- yəni P- (plastik əsaslı) izolyasiyasını əvəz edir.


3. Nəzarət Xətti /Kontrol Xətti Sızmalarının Təmir Edilməsi
IG-FP (Isolation Gel- Fluid Piston)
Tək komponentli, sərtləşməyən sızma izolayisa edici maddədir. Xüsusi olaraq quyu dibi təhlükəsizlik klapanının (QDTK) hidravlik nəzarət xəttindəki sızmaları aradan qaldırmaq üçün hazırlanmışdır. Bu həll, hidravlik mayenin sistemdən xaric olmasının qarşısını alır və eyni zamanda quyu dibi təhlükəsizlik klapanının (QDTK) -nin funksionallığını qoruyur.
Bu texnologiya, neft və qaz quyularının bütövlüyünü təmin edən komandalar üçün təzyiqlə aktivləşən sızma izolyasiya edici üsula etibarlı alternativ təqdim edir.
Təzyiq Aralığı- Öncədən aktivləşdirilmiş möhkəm gel, işləyən mayeni asanlıqla əvəz edərək quyu dibi təhlükəsizlik klapanının (QDTK)-nin funksionallığını öz təzyiq dərəcəsi ilə bərpa edə bilir.
Temperatur Aralığı- Əməliyyat temperaturu (-5°C) ilə (+175°C) arasında dəyişir.
Tətbiq Sahələri-Nəzarət xətti sızmalarının təmiri,quyu dibi təhlükəsizlik klapanının (QDTK) nəzarət xətti sızmalarının bərpası, quyu dibi təhlükəsizlik klapanının (QDTK) piston sahəsinin təmiri, kontrol / nəzarət xəttidə olan fitinqlərin sızmalarının təmiri, Aktuator piston möhürlərinin təmiri və s.
4. Nəzarət Xəttinin Bloklanması
Nəzarət xətlərinin bloklanma tətbiqlərində Mac-Seal və MS-Sealant məhsulları qarışdırma və tətbiq temperaturu ilə yüksək uyğunluq göstərdiyi üçün effektivdir. Nəzarət xəttinin bağlanması, quyunun tamamlanma prosesində qazma qurğusunun işləmə müddətini əhəmiyyətli dərəcədə azaldır və təhlükəsizliyi artırır. Bu üsul, digər əməliyyatlardan daha səmərəlidir və bahalı quyu müdaxilələrinin və uzunmüddətli dayandırılmaların qarşısını almağa kömək edir.
Təzyiq Aralığı- Mac-Seal və MS-Sealant məhsulları yüksək təzyiqli tətbiqlər üçün nəzərdə tutulmuşdur və 15,000 psi-yə qədər təzyiqə tab gətirə bilir.
Temperatur Aralığı– Əməliyyat temperaturu (-54°C) ilə (+260°C) arasında dəyişir.
Tətbiq Sahələri: Nəzarət xəttinin bloklanması, quyu dibi təhlükəsizlik klapanının (QDTK) nəzarət xətlərinin bloklanması, Kimyəvi inyeksiya xətlərinin bloklanması, Kapilyar boruların və digər xətlərin bloklanması və s.
5. Paker və kəmər başmağı izolyasiyası
IG (Isolation Gel) və IG-H (Isolation Gel – Heavy)- quyudibində yerləşmiş hasilat pakerlərindəki və ya həlqəvi fəzadakı sement sızmalarını effektiv şəkildə bağlamaq üçün hazırlanmışdır. Bu məhsul, quyunun bütövlüyü pozulduqda və həlqəvi fəzalarda təzyiq və ya maye toplanması müşahidə edildikdə istifadə olunur. Quyu tamamlanma və ya həlqəvi fəza mayesindən daha yüksək sıxlığa malik olan ağırlıqlı maye gel kimi hazırlanmışdır. Bu, gelin maye ilə dolu həlqəvi fəzada quyu dibinə çökməsini və pakerin üstündə toplanaraq sızmanı aşağıdan təcrid etməsini təmin edir.
Təzyiq Aralığı– Bu, sızma sürətindən, yerləşmə yerindən və digər amillərdən asılıdır. Lakin bütün Paker və ya həlqəvi fəzada təzyiqin izolyasiya işləri uğurla tamamlanmışdır.
Temperatur Aralığı- Əməliyyat temperaturu (-5°C) ilə (+175°C) arasında dəyişir.
Tətbiq Sahələri: Hasilat pakerlərinin sızmalarının təmiri, sementlənmiş həlqəvi fəzalarda (A, B və C halqasında) sızmanın təcridi, kəmər başmağı izolyasiyası, Paker izolyasiyası.
6. Toplu klapan (Ball valves) və Proses izolyasiyaları
IG-L (Isolation Gel-Light) müəyyən vaxt ərzində aktivləşən gel olub, maye kimi tətbiq edilir və sərtləşdikdən sonra özünü birləşdirən, təzyiqlə gücləndirilmiş möhkəm materiala çevrilir. IG-L stress topuna bənzəyir – yumşaq, amma möhkəmdir. O, yüksək sıxılma qüvvələrinə tab gətirə bilir, lakin çıxarılma zamanı asanlıqla parçalanır. IG-L, bağlanmış toplu klapanın üstündə qalmaq üçün hazırlanmışdır və sərtləşmiş IG-L, IG breaker- yəni İG parçalayıcı məhlul həlli ilə yenidən maye halına çevrilə və sistemdən çıxarıla bilər. IG – parçalayıcının tərkibi 97% su əsaslıdır və sərtləşmiş IG-L-i sulu məhlula çevirir. Eyni zamanda, IG-L bərk halda sadəcə olaraq "pigging" üsulu ilə çıxarıla bilər.
Daha çox işlərimizi görmək üçün LinkedIn hesabımıza keçid edə bilərsiniz.
News
Spektr Group and Kinetics Controls & Innovation Ltd. Join Forces in Azerbaijan’s Oil and Gas Industry
The partnership between Spektr Group and Kinetics Controls & Innovation...
Ətraflı