Hidravlik Xidmətləri

5

Hidravlika maye mühitin, adətən mayelərin mexaniki xüsusiyyətləri ilə əlaqəli olan mühəndislik anlayışıdır. Dünyanın hər yerində enerji ötürülməsi üçün hidravlik təzyiqdən istifadə sənayenin bütün sahələrində böyük rol oynayır. Enerji təzyiq altında maye ilə asanlıqla ötürülür və hidravlik sistemlərin təhlükəsiz istismarı olduqca vacibdir, çünki yaranan yüksək təzyiq təhlükəlidir.

“Spektr Group” Müştərilərin hidravlik enerji ötürülməsi və nəzarət problemləri üçün əsl həllər təklif edir. Biz aşağı təzyiqli şlanqların yığılmasından və hidravlik yağ təchizatından tutmuş mürəkkəb yüksək təzyiqli enerji bloklarının əsaslı təmirinə qədər geniş spektrli xidmətlər üzrə ixtisaslaşmışıq. Qurğularımız, avadanlıqlarımız və səriştəmiz hər növ hidravlik nasosların, mühərriklərin, BOP, bucurqadların, silindrlərin və klapanların təmiri və əsaslı təmiri üçün açar təslimi texniki həllərin təmin edilməsi məqsədi ilə nəzərdə tutulmuşdur.

1

İri tutumlu sistemlərdə kiçik dəlikli boruların yuyulması və filtrlənməsi xidmətləri “Spektr Group”-a kritik sistemlərin böyük nasazlıqlarının qarşısını almaqda Müştərilərimizə dəstək olmağa imkan vermişdir. Yuyucu qurğularımız asanlıqla sistemin normal axınından bir neçə dəfə çox axın sürətinə dəyişdirilə bilən nasos, istiqamətləndirici klapanlar, çənlər, maye qızdırıcısı və soyuducu və filtrlər dəsti ilə təchiz edilmişdir. Müştərinin tələblərindən asılı olaraq yuyulmuş yağ sertifikatlı hidravlik yağ analizatorlarından istifadə etməklə NAS 1638 təmizlik standartına uyğun sınaqdan keçirilir.

Bizim təlim keçmiş və qiymətləndirmədən müvəfəqiyyətlə keçmiş çoxşaxəli işçi heyətimiz Müştərilərə bazamızda istehsal və sınaq, eləcə də səyyar xidmətlər göstərməyə hazırdır. Müvafiq bacarıqlara və geniş təcrübəyə malik mühəndis və texniki işçilər hər hansı mürəkkəb layihələrə uyğunlaşdırılmış iqtisadi baxımdan səmərəli həllər təqdim etmək üçün Müştərilərlə yaxından işləmək məqsədi güdür.

Hidravlik xidmətlərimizə aşağıdakılar daxildir:

  • Şlanqların yoxlanılması, yığılması, sınaqdan keçirilməsi və yenidən sertifikatlaşdırılması
  • Fitinq və adapterlərin yoxlanılması və təchizatı
  • Avadanlıqlara texniki xidmət, təmiri və əsaslı təmiri
  • Sistemləri yağ ilə yuyulması və kimyəvi təmizlənməsi
  • Sistemin dizaynı, layihələndirilməsi və istehsalı